Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanlarında 600 və daha çox bal toplayan abituriyentlərə müraciət edib.
Vətəninfo.az TQDK-ya istinadən bildirir ki, hər il "Abituriyent” jurnalının 11-ci sayı qəbul imtahanlarında 600 və daha çox bal toplamış abituriyentlərə həsr edilir. Jurnalda prezident təqaüdçüləri haqqında məlumat, onların bitirdikləri məktəblər üzrə siyahısı, ən yüksək nəticə göstərmiş gənclərlə müsahibələr, hər bir yüksək nəticəli abituriyentin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb və s. haqqında məlumatlar təqdim olunur. Jurnalda həmçinin 600-dən yuxarı bal toplamış gənclərlə aparılmış anket sorğusunun nəticələri, onların arzu, rəy, təklif və gələcək abituriyentlərə tövsiyələrindən nümunələr dərc edilir: "Həmin gənclərin təbliği, təcrübələrinin öyrənilməsi, onların bu nailliyyətinin nümunə olaraq təqdim olunması ictimaiyyət tərəfindən maraqla qarşılanır. Bu amilləri nəzərə alaraq TQDK bu il də "Abituriyent” jurnalının ənənəvi 11-ci sayında yüksək bal toplamış abituriyentlərdən bəhs edəcəkdir.
Bu məqsədlə cari ildə 600 və daha çox bal toplayan abituriyentlərdən xahiş olunur ki, http://abiturient.az/600bal/ linkində təqdim olunmuş anket sorğusunu doldursunlar”.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri