"Trabzonspor" hakimlərə etirazını belə bildirdi - Video

Türkiyə futbolunda növbəti maraqlı an yaşanıb.
 
Axar.az xəbər verir ki, öz meydanında "Osmanlıspor"u qəbul edən "Trabzonspor" komandası Türkiyədə futbol qarşılaşmalarını idarə edən hakimlərə qeyri-adi şəkildə etiraz ediblər.
 
"Trabzonspor"un futbolçuları matç başladıqdan sonra 30 saniyə ərzində meydanda hərəkət etməyiblər. "Osmanlıspor"un oyunçuları rəqibin bu addımı qarşısında hücuma keçməyiblər, belə ki, oyunçular öz mövqelərində paslaşıblar.
 
"Osmanlıspor"un rəqibinin etirazına dəstəyi azarkeşlər tərəfindən də alqışla qarşılanıb.
 
Qısa etirazdan sonra oyun qarşılıqlı mübarizə şəklində davam edib və "Trabzonspor" nəticədə rəqibinə 2-1 məğlub olub.
[video=http:// ]
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az