“Tramp İrandakı hakimiyyəti dəyişmək arzusundadır” – Vəkili

“Tramp İrandakı hakimiyyəti dəyişmək arzusundadır” – Vəkili

ABŞ prezidenti Donald Trampın vəkili, Nyu-York şəhərinin sabiq meri Rudolf Culiani Amerika liderinin İrandakı "rejimi dəyişmək” arzusunda olduğunu bildirib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nyu-York şəhərinin sabiq meri qeyd edib ki, İranda hakimiyyətin dəyişməsi "Yaxın Şərqdə sülhün bərqərar olmasına aparan yeganə yoldur”.

"Bu hətta Fələstin-İsrail münaqişəsinin nizamlanmasından də vacibdir”, – deyə Rudolf Culiani qeyd edib.

Donald Tramp yanvarda İranın iri şəhərlərindəki kütləvi etirazları şərh edərkən bildirmişdi ki, ABŞ "vaxtı çatanda” İran xalqına dəstək verəcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az