Sərvəti trilyon dollara çatan ilk şəxs 2039-cu ildə peyda ola bilər. Çox güman ki, o, iqtisadiyyatları görünməmiş templə inkişaf edən Çin və ya Hindistandan çıxacaq.
Vətəninfo.az xəbər verir ki, Wealth Insight konsaltinq kompaniyasının əməkdaşı Oliver Uilyamın fikrincə, trilyon dollarlıq vəsaitin sahibi Bill Qeytsin personal kompüteri kimi dünyanı dəyişdirəcək bir şeyi yaradan şəxs olacaq. “Bu həm də içməli su çatışmazlığı kimi hər hansı bir qlobal problemin həlli və ya Facebook sosial şəbəkəsi kimi dünyanın hələ bilmədiyi bir şey də ola bilər” - deyə Uilyam vurğulayıb.
Onun mülahizələrinə görə, ilk trilyonçu kapitalın toplanmasının daha çox müşahidə edildiyi ABŞ-da peyda olacaq.
İsveçrənin Credit Suisse bankı iki nəsildən sonra dünyada varidatı trilyon dolları keçən 11 şəxs olacağını hesablayıb. Hazırda isə planetimizdə ən varlı şəxs 79,9 milyard dollar vəsaitə sahib Bill Qeyts sayılır.
Ölkələr üzrə milyarderlərin sayına görə ABŞ liderlik edir. 2013-cü ildə burada 4 milyondan çox milyarder qeydə alınıb. İkinci yeri ondan demək olar ki, dörd dəfə az - 1 milyon nəfərlik milyarder “ordusu” ilə Yaponiya tutur. Siyahıda üçüncü yerin sahibi Britaniyanın milyarder kontingentinin sayı isə 815 min nəfərdir. İlk onluğa, həmçinin Almaniya, Çin, Kanada, İsveçrə, Braziliya, Fransa və Sinqapur daxildir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR