Vətəninfo.az xəbər verir ki, Tunis prezidenti Beji Kaid Essebsi bu gün deyib ki, ölkənin milli muzeyində turistlərə qarşı həyata keçirilən terror hücumunda şübhəli bilinən 3-cü silahlı hələ də axtarışdadır.
"İki nəfər öldürülübsə də, bir nəfər hələ də axtarışdadır. Ancaq o, uzağa qaça bilməyəcək", deyə prezident Essebsi Fransa televiziyasıa müsahibəsində deyib.
Qeyd edək ki,Tunis prezidentinin bu bəyanatı 21 nəfərin həyatına son qoyan hücumdan sonra ilk rəsmi açıqlamadır. Ölənlərdən 20-si əcnəbi turist olub.
Tunis Daxili İşlər Nazirliyi iki silahlı şəxsin muzeydə gəzdiyini göstərən təhlükəsizlik kamerası görüntülərini açıqlayıb. Video göstərir ki, bir məqamda bel çantası ilə olan üçüncü şəxs ani olaraq digərləri qarşılaşır və onlar əks istiqamətlərə yönəlirlər.
İraq və Suriyada yerləşən İslam Dövləti qrupu Bardo müzeyinə qarşı hücumun məsuliyyətini üzərinə götürüb.
Səhiyyə Nazirliyinin bildirdiyinə görə, ölənlər arasında 4 italyan, 3 yapon, 3 fransız, 2 ispan və 1 kolumbiyalı olduğunu bildirib.
Qurbanlar arasında Britaniya, Polşa və Belçika vətəndaşları da var. Daha 3 adamın kimliyi müəyyən edilməyib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR