“Sentyabr ayında Ermənistanla sərhədin açılacağına dair iddianın heç bir əsası yoxdur”.
Vətəninfo.az xəbər verir ki, bu sözləri APA-nın Türkiyə müxbiri ilə söhbətində Türkiyə prezidenti yanında xarici məsələlər üzrə məşvərət şurasının üzvü, səfir Gürcan Türkoğlu deyib. “Türkiyə-Ermənistan sərhədinin sentyabrda açılacağına dair Türkiyə mətbuatında iddialar ortaya atılır. Bunlara nə dərəcədə inanmaq olar?” - sualına G. Türkoğlu belə cavab verib: “Bu xəbərlərin heç bir əsası yoxdur. Xarici İşlər Nazirliyinin bunu təkzib etməsi də iddiaların boş olduğunun göstəricisidir. İğdırdan Ermənistanla sərhəddəki Əlican gömrük məntəqəsinə qədər olan yola asfalt döşənməsi sərhədin açılması üçün deyil, bölgədəki əhalinin rahat hərəkət edə bilməsi üçün edilib”.
Qeyd edək ki, səfir Gürcan Türkoğlu A. Gülün istər xarici işlər naziri, istərsə də prezident olduğu dövrdə ona ən yaxın diplomatlardan biri olub.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR