Türkiyənin Diyarbəkir vilayətində partlayış ölən və yaralananların sayı açıqlanıb.
Xalqların Demokratik Partiyasının (HDP) seçkiqabağı mitinqində baş verən iki partlayış zamanı 3 nəfər ölüb, 100-dən çox adam isə yaralanıb.
Partlayışlarla bağlı Türkiyə hökumətindən də açıqlama gəlib. Baş nazir Əhməd Davudoğlu bildirib ki, bu partlayışları hər kim həyata keçiribsə, cavab verəcək: "Transformator aprtlayıb, yoxsa sui-qəsddir? Bunu araşdırırıq. Nəticəni qısa müddətdə əldə edəcəyik".
Enerji və təbii sərvətlər naziri Taner Yıldız isə açıqlamasında bildirilib ki, transformator özbaşına partlamayıb, kənardan müdaxilə edilib.
Qeyd edək ki, Türkiyənin Diyarbəkir vilayətində Xalqların Demokratik Partiyasının (HDP) seçkiqabağı mitinqində iki partlayış baş verib. Yaralılar dərhal xəstəxanalara aparılıblar. İlkin ehtimal kimi bildirilir ki, mitinq zamanı transformator partlayıb.
Xatırladaq ki, Türkiyədə parlament seçkiləri iyunun 7-də keçiriləcək. (ans)
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL