ABŞ prezidenti Barak Obamanın avqustun 5-də Ağ evdə ölkənin 10 mətbuat orqanının təmsilçiləri ilə keçirdiyi görüşdə hansı məsələlərdən danışıldığı ortaya çıxıb.
Vətəninfo.az-ın APA-ya istinadla xəbərinə görə, "Huffington Post” nəşri görüşdə müzakirə olunan mövzulardan biri də Türkiyənin PKK və İŞİD terror təşkilatlarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlar olub. Jurnalistlərin əməliyyatların narahatlıq yaradıb-yaratmadığı barədə sualına cavab olaraq, Obama belə deyib: "Türkiyə ilə İŞİD-in bölgədə sülh və asayişə yaratdığı təhlükə və bunların həlli barədə danışıqlar aparılır. Türkiyənin PKK hücumlarından özünü müdafiə etmək hüququ var. Ancaq hazırda həlli vacib olan İŞİD məsələsidir. Əcnəbilərin Türkiyə sərhədlərindən keçərək, İŞİD-ə qoşulmasının qarşısının alınması ən önəmli məsələdir. Türkiyənin həyata keçirdiyi əməliyyatların əsas hədəfi PKK yox, İŞİD olmalıdır. Bütün cəhdlər buna yönəlməlidir”.
Nəşr görüşdə 10 müxbirin iştirak etdiyini yazıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL