Hökuməti qurmaq səlahiyyəti verilən baş nazir Əhməd Davutoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) 11, Cümhuriyyət Xalq Partiyasının (CHP) 5, Milliyyətçi Hərəkat Partiyasının (MHP) 3 və Xalqların Demokratik Partiyasının (HDP) 3 üzvünə bu gün məktubla nazir olduqlarını bildirib.
Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, MHP-dən bu şəxslərə nazirlik təklifi edilib: Kenan Tanrıkulu, Meral Akşener, Tuğrul Türkeş.
HDP-dən nazirlik təklifi edilənlər bunlardır: Müslüm Doğan, Levent Tüzel, Ali Haydar Konca.
CHP-dən bu şəxslərə nazirlik təklifi göndərilib: Deniz Baykal, Erdoğan Toprak, Gülsüm Bilgehan Toker, Tekin Bingöl, İlhan Kesici.AKP-dən keçici hökumətdə təmsil olunmaları üçün kimlərə məktub göndərildiyi hələ ki açıqlanmayıb.
Qurulacaq keçici seçki hökumət noyabrın 1-də keçiriləcək seçkilərə qədər vəzifəsini yerinə yetirəcək.
Adları açıqlanan partiya üzvləri cavablarını 24 saat ərzində yazılı şəkildə bildirməlidirlər.
CHP-dən olan Erdoğan Toprak artıq təklifi qəbul etməyəcəyini açıqlayıb. HDP-dən olan Ali Haydar Konca isə deyib ki, önəmli olan Türkiyənin birliyi, bütünlüyü və qardaşlığıdır.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL