Türkiyənin Artvin vilayətidə Borçka şəhərinin Maral kəndinin sərhədlərində yerləşən "Maral" şəlaləsi "yer üzünün cənnəti" adlandırılaraq yüzlərlə xarici turistin ziyarətgahına çevrilib.
Vətəninfo.az-ın məlumatına görə, AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Şərqi Qaradənizin ən cazibədar turizm məkanlarından sayılan "Maral" şəlaləsi 64 metr hündürlükdən axaraq bənzərsiz təbii gözəlliklər yaradır. Əraziyə xüsusi maşınlarla gələn yerli və xarici turistlər yaşıllıq içərisində şəlalənin gözəlliyinin şahidi olurlar. Şəlalənin ziyarəti zamanı ağacdan düzəldilmiş nərdivanlardan istifadə olunur. Şəlalənin əsas özəlliyi onun dik olması və su axınının eyni bərabərlikdə daşların üzərinə tökülməsindədir. Günəşli günlərdə şəlalənin üzərində günəşin yaratdığı göy qurşağını rahatca müşahidə etmək mümkündür.
Qeyd edək ki, şəlalənin ziyarətinə gələn turistlər rahat şəkildə burdan asılmış kəndirdən tutaraq 64 metrlik məsafədən mənsəbə düşə bilirlər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL