"Moskva bizi yalnız tranzit ölkə kimi görür. Bunun bizim üçün heç bir mənası yoxdur. Biz birgə ixrac sisteminin yaradılmasında maraqlıyıq”.
Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız "Qazprom” şirkəti ilə Rusiya qazını Ukraynadan yan keçməklə Avropaya çatdırmalı olan "Türk axını” layihəsinə dair danışıqları şərh edərkən belə deyib.
Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, T.Yıldız bu məsələyə dair razılaşmanın əldə olunduğunu bildirib. Amma əlavə edib ki, Rusiya bu məsələdə geriyə addım atıb.
Türkiyəli nazirin sözlərinə görə, "Türk axını” həm Moskvanın, həm də Ankaranın maraqlarına cavab verməlidir: "Biz maraqlarımıza təhdid yaradan güzəştlərə heç vaxt razı olmayacağıq”.
T.Yıldız əlavə edib ki, bu problem yalnız qaza görə güzəştlərin verilməsi ilə həll oluna bilməz.
"Türk axını”nın tikintisi barədə qərar 2014-cü ilin dekabrında bağlanmış "Cənub axını” layihəsi üzrə işlər dayanandan sonra qəbul olunub. Bu kəmərin illik ötürmə gücü 60 milyard kubmetr təşkil edəcək.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL