Universitetlər paytaxtda olmayacaq
Paytaxtın mərkəzində fəaliyyət göstərən univeristetlər yaxın zamanlarda
şəhərdən kənara köçürüləcək. Bununla bağlı təklif təsdiqlənməsi üçün
Nazirlər Kabinetinə təqdim olunan Böyük Bakının Regional İnkişaf
Planında öz əksini tapıb.
Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, bu sözləri
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalama şöbəsinin müdiri Anar Bayramov deyib.
"Hazırda bununla bağlı müzakirələr aparılır.Planın Nazirlər Kabineti
tərəfindən təsdiq olunmasını gözləyirik. Qərar verildikdən sonra müvafiq
işlərə başlanılacaq. ”
Şöbə müdirinin sözlərinə görə, artıq
Lomonosov adına Moskva Dövlət Univeristetinin Bakıdakı filialı şəhər ətrafına köçürülüb.
"Univeristetlərin yeni binasının tikilməsi üçün hansı ərazilərdən
torpaq ayrılması icra hakimiyyətlərinin səlahiyyətindədir. Təhsil
müəsissələrinin köçürüldüyü ərazilərdə tələbələrin rahatlığı üçün dünya
standarlarına uyğun yataqxanalar və tələbələrin ehtiyacalarını
qarşılayacaq hər bir şəraitin yaradılması nəzərdə tutulur".

Böyük Bakının Regional İnkişaf Planının xəritəsi
Paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində
yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur. Belə ki,
bu universitetlərdə təhsil alan tələbələrin də öz şəxsi
avtomobillərindən istifadə etməsi ya valideynlərin övladlarını maşınla
gətirməsi də şəhərdə tıxacların yaranmasına şərait yaradır.
Bakı şəhər
Dövlət Yol Polisi İdarəsindən də bildirdilər ki, ali təhsil müəsissələrinin şəhərdən kənara
köçürülməsinin paytaxtda tıxac probleminin həll edilməsində vacib
amillərdən biridir.
DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ANS PRESS- ə
açıqlamasında bildirdiki, pik saatlarda hərəkətdə olan vəziyyəti təhlil
etdiyimiz zaman məlum olur ki, tıxacların yaranmasının əsas
səbəblərindən biri tələbələrin öz avtomobillərindənistifadə edərək
universitetlərə gəlməsidir. Ona görə də təhsil müəsissələrinin şəhərdən
kənara köçürülməsi tıxacların azalmasına müsbət təsir göstərə bilər.
"Əslində bu gün pik saatlarda yaranan sıxlıq yollara bitişik ərazilərdə
ali təhsil müəsissələrinin hesabınadır. Buna görə də universitetlərin
şəhərdən kənara köçürülməsi məqsədəuyğundur. Əgər belə olarsa ali
təhsil müəsissələrinin yerləşdiyi küçə və prospektlərdə tıxacların
qarşısı alınar."
Vaqif Əsədovun sözlərinə görə, övladlarını dərsə gətirən valideynilərin
bir dəqiqə olsa belə təhsil ocağının qarşısında avtomobilini saxlaması
iki və üç hərəkət zolağı olan yollarda yüzdən artıq nəqliyyat
vasitəsinin beş dəqiqə ləngiməsi deməkdir.

Vaqif Əsədov-Bakı şəhər Dövlət Yol Polisi idarəsi
Paytaxt ərazisindən köçürülməsi təklif olunan ali təhsil müəssisələrindən biri də
İqtisad Univeristetidir.
Həmin təhsil müəssisəsindən bildirirlər ki, önəmli olan təhsilin
keyfiyyətidir. Universitetin harada olmasından aslı olmayaraq, bütün
güc təhsilin səviyyəsinin qaldırılmasına yönəldilməlidir.
Köçürülməsi nəzərdə tutlan digər təhsil ocaqları isə
Dillər Universiteti ,
Slavyan Universiteti və
Pedaqoji Universitetidir. Həmin ali məktəblərin
Sumqayıt ,
Abşeron, Saray və
Ceyranbatan ərazilərində yerləşdiriləcəyi qeyd edilir.
Universitetlərin şəhərin mərkəzindən kənarlara köçürülməsi ilə bağlı
layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir.
Qonşu
Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip tələbə
şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün
sosial obyektlərlə təmin olunub. Avtomobili olmayan tələbələr isə aylıq
ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedib gələ bilərlər.

Bakı yollarında tıxac
Bakının ilk Baş Planını isə 1898-ci ildə o dövrün məşhur memarı N.A.fon
Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı
işlənib. 1964-cü ildə isə Nazirlər Soveti şəhərin üçüncü Baş Planını
təsdiqləyib. Sonuncu plan 1986-cı ildə
Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.