Respublikanın Əməkdar artisti, Dövlət mükafatı
laureatı Vəfa Fətullayeva 1945-ci il avqustun 25-də Bakıda anadan olub.
1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. İlk dəfə uşaq
olarkən çıxdığı doğma səhnəyə ömrünün sonunadək sadiq
qalıb. Milli Dram Teatrının səhnəsində İ.Əfəndiyevin "Məhv olmuş
gündəliklər" əsərində Fəridə, "Mahnı dağlarda qaldı" tamaşasında Gülgəz,
M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında
Şərəfnisə, M.İbrahimovun "Kəndçi qızı" əsərində Bənövşə, Anarın "Sizi
deyib gəlmişəm" tamaşasında Zeynəb və s. maraqlı obrazlar yaradıb.
Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olan aktrisa 1987-ci il mayın 21-də, 42 yaşında vəfat edib.
Qeyd
edək ki, Vəfa Fətullayeva görkəmli aktrisa, SSRİ Xalq artisti Hökumə
Qurbanova və Xalq rəssamı Nüsrət Fətullayevin övladıdır.
Modern.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL