Velosipeddən müntəzəm istifadənin insan ömrünü uzatdığı məlum olub. Hollandiyanın Utrecht Universitetində bununla bağlı aparılan araşdırmada velosipeddən mütəmadi istifadə edən insanların digərlərindən daha çox yaşadığı məlum olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, statistik məlumatlara əsasən Hollandiyada həftədə orta hesabla 75 dəqiqə velosiped sürənlərlə bağlı araşdırmada velosipedin insan ömrünü altı ay uzatdığı bildirilib.
Dünya Səhiyyə Təşkilatı və Hollandiya Statistika Bürosunun məlumatına əsasən, ölkədə ildə təxminən 11 min nəfər velosipeddən istifadə etdiyi üçün daha çox yaşamaq şansı qazanır.
Velosipeddən istifadənin faydalı olduğu barədə ilk dəfə məlumat əldə edən alimlər bununla bağlı təbliğatın daha geniş aparılmasını tövsiyə ediblər.
On altı milyon əhalisi olan Hollandiya dünyada velosipeddən istifadəyə görə ön sıralardadır. Bu ölkədə 18 milyon velosiped var.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL