“A Studio” qrupunun birinci vokalçısı Batırxan Şukenov vəfat edib.
Simsar.az “İnterfax.ru”ya istinadən xəbər verir ki, musiqiçi ürək tutmasından dünyasını dəyişib. Bədbəxt hadisə Moskva şəhərində baş verib.
Mətbuata verilən açıqlamaya görə, musiqiçinin dəfni Almaatıda olacaq.
Batırxan Şukenovun qardaşının sözlərinə görə, o, son zamanlar səhhəti ilə bağlı ciddi problemlər yaşayırdı: “Son vaxtlar özünü yaxşı hiss etmirdi. Hadisə onun evində baş verdi. Təcili yardıma zəng etdik və... Budur. Onu itirdik...”
Qeyd edək ki, Batırxan Şukenov 1962-ci ilin 18 may tarixində Qazaxıstanda doğulub. “A Studio” qrupunun tərkibində ifa etdiyi mahnılar musiqiçini qısa müddətdə bütün dünyada sevilən müğənnilərdən birinə çevirib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR