Parisdə Charlie Hebdo redaksiyasına terror hücumu ilə bağlı Britaniyanın sərhəd keçid məntəqələrində təhlükəsizlik tədbirləri sərtləşdirilib.
Vətəninfo.az xəbər verir ki, Britaniya Daxili İşlər naziri Tereza May elan edib ki, Fransadan Britaniyaya gələn sərnişin, avtomobil və yüklərin yoxlanılması sərtləşdirilib.
Onun sözlərinə görə, söhbət qabaqlayıcı tədbirlərdən gedir.
Bu arada Mİ-5 Britaniya kəşfiyyat xidmətinin başçısı Andrew Parker Britaniyada yeni terror hücumu təhlükəsinin gücləndiyini bildirərək ölkənin hüquq mühafizə orqanlarının bütün qəsdlərin qarşısını ala bilmək vəziyyətində olmadığına diqqəti çəkib.
Cənab Parkerin təbirincə, son aylar ərzində polis və Mİ-5 ölkədə 3 terror hücumu cəhdinin qarşısını allıb.
2013-cü ilin mart ayında Mİ-5 rəhbəri təyin edilmiş Andrew Parker Londonda keçirdiyi mətbuat konfransında Suriyadakı Əl-Qaidə ekstremistlər qrupunun Qərb ölkələrindəki hədəflərə qarşı hücumlar planlaşdırdığını bildirib.
Cənab Parker Suriya və İraqda İslam Dövləti tərəfində döyüşən Britaniya vətəndaşlarından danışaraq belə könüllülərin sayının 600 nəfərə çatdığını bildirib.
Onun sözlərinə görə, Mİ-5 tərəfindən keçirilən antiterror əməliyyatlarının əksəriyyəti kiber məkanda elektron yazışmaların əldə edilməsi texnologiyalarına əsaslanır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR