Xalq artisti toy qiymətini açıqladı – 1 milyon

Xalq artisti toy qiymətini açıqladı – 1 milyon

"Bundan sonra Azərbaycan toylarında mahnı oxumayacam”.  


 Vətəninfo.az xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında xalq artisti Bilal Əliyev deyib.   O bildirib ki, yalnız xarici ölkələrdəki çıxışlarından pul qazanacaq:   "Artıq belə qərara gəldim ki, Azərbaycanda toylara getməyim. Bütün diqqətimi yönəltmişəm xarici estradaya. 20 yeni mahnı yazdırmışam. Hazırda aranjeman işləri gedir. Bundan sonra yalnız xarici ölkələrdə olan toylara gedəcəm. Yeni mövsüm üçün toy qiymətimi də ilk dəfə açıqlayıram, bir milyon. Bəlkə də buna bir çoxları inanmayacaq, amma həqiqətdir. Məni toyunda görmək istəyənlər bir milyonundan keçməlidir”.  
Qeyd edək ki, B.Əliyev ötən mövsüm açıqlamasında toya 130 min manata getdiyini bildirmişdi.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az