ANS-də yayımlanan “Günə baxan” verilişində müğənni Xatirə İslamla dicey Çina arasında gərgin anlar yaşanıb.
Xatirə İslam qarşı tərəfi onun haqqında xoşagəlməz sözlər danışmaqda ittiham edib:
“Mənim haqqımda demisən ki, "belə biabırçılıq ola bilməz". Sənə barəmdə danışmaq ixtiyarı vermirəm. Bizim münasibətimiz yoxdur, məni tanımırsan. Səhv edib mənlə bağlı fikir bildirmisən. Sən “M Group”un işçisisən. Çinaya “Maşın” şoudakı hansısa bir iştirakçı haqqında fikir demək qadağandır. Bunu Murad Dadaşov bilsə, başa salar ki, olmaz. Sən mövqe bildirə bilməzsən”.
Dicey isə müğənni haqqında heç vaxt fikir bildirmədiyini deyib:
“Günə baxan”ın həm siması, həm də işçisiyəm. Burada nəyi deyib-deməyəcəyimə yalnız rəhbərlik qadağa qoya bilər. Mənə hədə-qorxu gəlməyə ehtiyac yoxdur. Tamaşaçı kimi şou ilə bağlı öz fikrimi bildirmişəm. Xatirə İslam adı çəkməmişəm. Yanlış məlumat almısınız. Mənim kanalıma hörmətim var. Murad Dadaşov mənim böyüyümdür. Siz isə xanımsınız, haqqınızda danışmaram”.
Axşam.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL