Xatun bu dəfə onları parodiya etdi - video

Xatun bu dəfə onları parodiya etdi - video
Müğənni Xatun Əliyeva yenə də parodiyası ilə hamını təəccübləndirib.
Vətəninfo.az
-ın Axşam.az-a istinadən məlumatına görə, "Belə yaxşıdır” verilişində qonaq olan sənətçi bu dəfə əməkdar artistlər Mətanət İsgəndərlini, Tünzalə Ağayevanı və müğənni Elarizi təqlid edib.
O, parodiyaya görə ondan inciyənlərdən danışıb:
"Mən uşaqlıqdan bu işlə məşğulam. Məktəbdən evə gələn kimi müəllimlərimi yamsılayırdım. Parodiya ayrı bir sənətdir. Məni gözügötürməyənlər deyirlər ki, "Xatun ağzımızı əyir". Azərbaycan incəsənətində müğənnilər və aktrisalar arasında ilk xanımam ki, parodiya edirəm. Buna görə məndən küsən sənət dostlarım da var idi. Sonra barışdıq”.
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az