Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğı zamanı xəsarət alanlardan cəmi 14 nəfəri xəstəxanalarda qalıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində 12, 6 saylı Bakı Şəhər Xəstəxanasında isə 2 nəfər müalicə alır:
“Xəstələr arasında vəziyyəti elə də ağır olan yoxdur. Vəziyyətləri düzəldikcə, yavaş-yavaş evə buraxılacaqlar”.
May ayının 19-da, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Yanan binada 56 ailə olub. 16 mərtəbəli binada 143 nəfər yaşayırdı.
Səhiyyə Nazirliyi 15 nəfərin öldüyünü bildirib.
Modern.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR