Respublikamızda fəaliyyət göstərən telekanallar arasında öz dəsti-xətti, nizam-intizamı, baxımlılığı, eyni zamanda tamaşaçı tələbatına cavab verən, tamaşaçı rəğbəti, sevgisi qazanan Xəzər televiziyası zirvədə qalmaqda davam edir.
Dolğun məzmunlu xəbərlər, ölkədə, xaricdə baş verən hadisələrin analitik təhlili, maraqlı musiqili-əyləncəli, intellektual verilişlər, peşəkar kollektiv, yüksək idarəçilik öz bəhrəsini verir. İdman dünyasındakı uğurlar, mənəvi dəyərlərin, mədəni irsin təbliği, mədəniyyətə dəstək kanalda öz geniş əksini tapır. Muğam ifaçılarına, muğama qayğı, onun təbliği ürəkaçandır. Aparıcıların peşəkarlığı, efirə məsuliyyətlə yanaşmaları izləyicilərə zövq verir. Sevinc və Sevil bacıları qısa müddətdə ümumxalq sevgisi qazandılar və ətraflarına güclü tamaşaçı ordusu topladılar.

Xəzər TV hər zaman yeni layihələrə imza atır. Türk dünyası bütövlükdə bu kanalda öz əksini tapır. Milli mətbəximiz mətbəx şoularında təbliğ edilir. Hər zaman tamaşaçıya, xalqa yaxın olan Xəzər TV uzaq məsafələri yaxınlaşdıraraq tamaşaçıya yalnız yüksək zövq, əhval bəxş edir, həmişə zirvələrdə, əziz Xəzərçilər! Zirvə Sizə çox yaraşır. Sükanı belə saxlayın.
Vüqar Əhməd - filologiya elmləri doktoru, professor
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR