Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə ərazisində Azərbaycan vətəndaşlarının PKK tərəfindən girov götürülməsi və sonradan azad edilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı konsulluğumuz Türkiyə hüquq-mühafizə orqanları ilə məlumatı aydınlaşdırıb.
Türkiyə hüquq-mühafizə orqanlarından Azərbaycanın Türkiyədəki səfirliyinə bildirilib ki, hadisə İqdır ilə Qars arasındakı Kağızman bölgəsində baş verib. Avtobusdakı Azərbaycan vətəndaşlarından ölən və ya xəsarət alan olmayıb.
Hazırda həmin avtobusda nə qədər Azərbaycan vətəndaşının olması araşdırılır. Bu barədə əlavə məlumat veriləcək.
Məsələ Azərbaycan Xarici İşlər Nazirliyinin, Azərbaycanın Türkiyədəki səfirliyinin və Qars konsulluğunun diqqət mərkəzindədir.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL