Xızı meşələrində yanğın
Fövqəladə Hallar Nazirliyi (FHN) Xızı meşələrində baş verən yanğın
hadisəsi haqda məlumat yayıb. Bildirilib ki, FHN-in "112” qaynar telefon
xəttinə daxil olmuş məlumata əsasən, avqustun 1-də Xızı rayonunda
dağlıq ərazidə sıx kol-kos və meşə ərazisinin bir hissəsində yanğın
hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından
Mühafizə Xidmətinin və Aviasiya Dəstəsinin canlı qüvvə və texnikası
hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə
məlumat veriləcək.
Modern.az