Xocalıdan olan idmançılar çempion oldu - FOTO

Xocalıdan olan idmançılar çempion oldu - FOTO

Noyabrın 11-də Azərbaycan Kikboksinq Federasiyası "Bayraq Günü” münasibətilə Respublika turniri keçirib.
 
Miq.Az xəbər verir ki, Sumqayıt şəhərində təşkil olunan turnirdə bu il yaradılan Xocalı İdman Klubunun üzvləri də qatılıb. Beş qat dünya çempionu Ehtiram Məcidovun tələbələri yarışda yüksək nəticə göstəriblər. Klubun 2 üzvü qızıl, 3 üzvü gümüş, 2-si izə bürünc medal qazanıb. 
 
Qeyd edək ki. Xocalıdan köçkün düşmüş şəxslər, onların övladları üçün nəzərdə tutulmuş idman klubu bu ilin 26 fevralında yaradılıb yaradılıb.
Klubun rəhbəri kikboksinq üzrə beşqat dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, dəfələrlə beynəlxalq turnirlərin qalibi Ehram Məcidovdur. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az