"Qarabağ”ın Avropa Liqasındakı rəqibi "Yanq Boyz”da gözlənilməz hadisə baş verib.
Vətəninfo.az xəbər verir ki, Apasport.az-ın İsveçrə mətbuatına istinadən məlumatına görə, Bern təmsilçisi baş məşqçisi Uli Forte ilə yollarını ayırıb.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Monako”ya hər iki görüşdə məğlub olan (1:3, 0:4) "Yanq Boyz” Avropa Liqasına yuvarlanmışdı. Məhz bu yenilgi baş məşqçinin istefa verməsinə səbəb olub.
Paytaxt klubunun idman direktoru Fredi Bikel də artıq məlumatı təsdiqləyib. O bildirib ki, "Qarabağ”la matça qədər yeni çalışdırıcılarını müəyyənləşdirəcəklər: "Biz Forte ilə yollarımızı ayırmaq fikrində deyildik. Ona fikrini dəyişmək üçün vaxt da vermişdik. Lakin uzun müddət gözləyə də bilmərik. Çünki həm çempionat start götürüb, həm də qarşıda "Qarabağ”la ağır oyunlarımız var. Hələlik komandanı Fortenin köməkçisi Harald Qamperle çalışdıracaq. Qarşıdakı çempionat matçlarında o komandaya qələbələr qazandırsa, baş məşqçi kimi təsdiqlənə də bilər”.
Qeyd edək ki, "Qarabağ”ın "Yanq Boyz”la oyunları avqustun 20-də və 27-də baş tutacaq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL