Rusiya Fövqəladə Hallar Nazirliyi ölüm xəbərini təsdiqləməyib
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin oğlunun ölüm xəbəri yayılıb.
Vətəninfo.az-ın xəbərəinə görə, Ukrayna kütləvi informasiya vasitələrində prezidentin oğlunun ölümü haqda bir neçə versiyada xəbərlər yazılıb. Bəzi KİV-lər Viktor Yanukoviçin oğlunun Baykal gölündə boğularaq öldüyünü bildiriblər. Guya keçmiş prezidentin oğlu balıq tutan vaxt gölün üstündəki buz qatı çatlayaraq dağılıb və Yanukoviç öz dostu ilə birlikdə batıb.
Başqa bir mənbədə isə bildirilib ki, idman tədbiri keçirilən zaman "Folksvagen" mikroavtobusu aşıb və içərisindəki 5 nəfər suya düşüb. 4 nəfər xilas olub, Yanukoviçin oğlu isə batıb.
Lakin Rusiya Fövqəladə Hallar Nazirliyi ölüm xəbərini təsdiqləməyib. Nazirliyin məlumatında bildirilib ki, "cümə günü axşam içərisində 5 sərnişini olan avtomobilin sürücüsü təhlükəsizlik qaydalarını kobudcasına pozaraq maşını gönün üzərindəki buzun üstünə sürüb. Bunu etməkdə məqsədləri isə Baykal gölü üzərində şəkil çəkdirmək olub. Sərnişinlər xilas olublar. Sürücünün cəsədi isə sonra tapılıb. Amma ölən və xəsarət alanlar içərisində Yanukoviç soyadlı şəxs yoxdur".
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR