Görmə itiliyinə təsir göstərən amillərdən biri APLP2 genidir. Bu genin müəyyən variantı olan insan uşaq yaşlarında hər gün azı bir saat kitab oxuyubsa və ya xırda detallarla işləyibsə, yeniyetməlik yaşında onda yaxındangörmənin inkişaf riski 5 dəfə artır.
AZƏRTAC "Zee News”ə istinadla xəbər verir ki, Kolumbiya Universiteti nəzdindəki tibb mərkəzinin alimləri 14 min adamın məlumatlarını təhlil edərək bu qənaətə gəliblər. Alimlərin məqaləsi "PLoS Genetics” jurnalında dərc olunub.
Onlar müəyyən ediblər ki, APLP2 geninin mutasiyası uşaqlarda yaxındangörməni inkişaf etdirir. Bir şərtlə ki, onlar çoxlu qiraət edir, yaxud kompyuter monitoru qarşısında çox vaxt keçirirlər. Amma yeniyetmə tez-tez uzağa baxırsa, bu genin mutasiya etmiş elə həmin növü miopiya əmələ gətirmir.
Tədqiqat müəllifləri hesab edirlər ki, bu genin fəallığı zəiflədilsə, yaxındangörmənin inkişaf riskinin qarşısı alınar. Amma problem bundadır ki, APLP2 Yer kürəsi əhalisinin təqribən 1 faizində var, qalan hallarda yaxındangörməyə görə başqa genlər məsuliyyət daşıyır.
Hazırda alimlərə onların yalnız 25-i məlumdur. Əslində isə onların sayı bir neçə yüz ola bilər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL