“Əsəd, PKK və İŞİD Suriyada enerji ittifaqı qurub”.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.
Mətbuatın məlumatına görə, PKK-nın əlinə keçən Tel Abyad şəhərindən Əsədlə PKK-nın ümumi nəzarətində olan Haseke şəhərinə neftlə dolu tankerlər gətirilib:
“Suriyadakı neft yataqlarının 40%-i məhz Haseke ərazisindədir. Əsəd rejimi və PKK buradakı neftin yarısını əllərində saxlayırlar. Bu şəhərə həm də Livan Hizbullahına aid milislər nəzarət edir. Əsədlə Suriyanın şimalındakı kürdlərin silahlı qanadı YPG arasında atəşkəs müqaviləsi imzalanıb. Əsəd, PYD (PKK-nın Suriya qolu) və İŞİD arasında razılıq da məhz bu şəhərdə qəbul edilib. Razılığa əsasən, Türkiyə sərhədi YPG-yə təslim edilməlidir”.
Qeyd edək ki, hazırda Suriyadakı neft yataqlarının 80%-i İŞİD-in nəzarətindədir. Əsəd rejimi ölkədə neftin 8%-inə, PYD isə 12%-nə nəzarət edir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL