Yer kürəsinin əhalisi 11 milyard olacaq
Yer kürəsinin
əhalisinin sayı 2050-ci ildə indiki 7,3 milyarddan 9,7 milyarda qədər
artacaq, əsrin sonunda isə 11,2 milyard nəfər təşkil edəcək.
Trend-in
xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu rəqəmləri BMT-nin
demoqrafiya şöbəsinin rəhbəri John Wilmot ABŞ-da keçirilən statistiklər
konfransı zamanı bildirib.
BMT
ekspertlərinin hesablamalarına görə, dünya əhalisinin artımı yalnız
Afrikada Saharadan cənubda yerləşən ölkərələrdə doğuşun azalması
nəticəsində dayanacaq.
Hələlik hadisələrin belə bir inkişafı ehtimalı 23 faiz civarında qiymətləndirilir.