Bakının yol təsərrüfatında yenilik edilib. İlk dəfə olaraq paytaxt yollarına qırmızı rəngli asfalt döşənib.
Vətəninfo.az Trend-ə istinadən xəbər verir ki, Bakının Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsindəki körpünün üstündə yolayrıcı hissədə və körpünün kənarındakı piyada səkilərinə qırmızı asfalt döşənib.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki,
yollara qırmızı asfalt döşənməsi sınaq layihədir və yollara estetik
gözəllik verilməsi məqsədi daşıyır. Adıçəkilən ərazidə də qırmızı asfalt
sınaq kimi döşənib.
Qeyd edilib ki, yaxın gələcəkdə paytaxtın digər ərazilərində də, xüsusən
səkilərdə, piyada zolaqlarında, dairələrdə bu rəngdə asfalt örtüyünün
döşənməsi gözlənilir. Hələlik sınaq layihə kimi estetik baxımdan yalnız
qırmızı rəngli asfalt örtüyü döşənir, digər rəngli asfaltdan istifadə
edilməsi və onların yolun hərəkət hissəsinə döşənməsi planlaşdırılmır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL