İqtisadi böhranın vurduğu Yunanıstanda baş verənlər, sadəcə həyatda olan insanlara təsir etmir. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, böhranın dərinliyi elə həddə çatıb ki, meyitlər də maddi imkansızlıq səbəbilə dəfn edilmir.
Yunanıstanda borc böhranı səbəbindən yaranan insanlıq böhranının miqyası da sürətlə artır. QİÇS (SPİD) xəstələrinə verilən aylıq 700 avroluq dövlət yardımını almaq üçün özünə HİV virusu yeridənlərdən, bir anda evsiz qalanlara qədər böyük travmalar baş verir. Ancaq gündəlik 60 avro nağd pul məhdudiyyəti qoyulan ölkədə böhran artıq təkcə yaşayanlara təsir etmir. Yunanıstanda nağd pul sıxıntısı elə həddə gəlib ki, dəfn işləri də dayanıb. Gündəlik 60 avro nağd pul çəkən xalq cənazələri dəfn edə bilmir, çünki xərclər 60 avronun 15 qatı böyüklüyündədir.
Məlumatda qeyd edilir ki, bir dəfn prosesinə başlamaq üçün 800-1000 avro arasında pul lazımdır. İnsanlar isə dəfn bürolarına gəlib 50-70, hətta 20 avro pulları olduğunu deyirlər.
Artıq cənazələrə pul da əvvəlcədən tələb olunmağa başlanıb. Çünki cənazənin ardınca nağd pul sıxıntısı ucbatından pullarını yığa bilməmək təhlükəsi yaranıb. Meyitxanalarda meyitlərin sayının artması səbəbilə dövlətə müraciət edənlərin sayı da çoxalıb.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL