"Yuventus"un avtobusuna partlayıcı maddə atıldı: Baş məşqçi yaralandı - FOTO


İtaliya A Seriyasında "Bolonya" və "Yuventus" komandalarının görüşündən əvvəl insident baş verib.

Miq.az report-a istinadən bildirir ki, xarici KİV-lər "Yuventus"un futbolçularını daşıyan avtobusun oyunun keçirildiyi "Renato Dall Ara" stadionunun yaxınlığında hücuma məruz qaldığını yazıb.

Azarkeşlər tərəfindən təşkil olunmuş hücum zamanı avtobusun içərisinə partlayıcı maddə atılıb. Nəticədə komandanın baş məşqçisi Massimiliano Alleqri yüngül xəsarət alıb.

"Yuventus" tərəfi bu addımın mədəni hərəkət olmadığını, şiddət və xuliqanlıq halı kimi qiymətləndirib.

Qeyd edək ki, "Bolonya" - "Yuventus" matçı qolsuz bərabərliklə yekunlaşıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az