Zakir Həsənov Moskvaya səfər edəcək

Zakir Həsənov Moskvaya səfər edəcək
Səfər çərçivəsində Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşəcək
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Moskvaya səfər edəcək.
Nazir avqustun 1-15-də Moskva vilayətində yerləşən poliqonda "Beynəlxalq ordu oyunları 2015”in açılış mərasimində iştirak edəcək.
 Rusiya Müdafiə Nazirliyindən APA-nın Moskva müxbirinə bildiriblər ki, səfər çərçivəsində Z. Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşəcək.
 Birinci "Beynəlxalq ordu oyunları 2015”də 17 ölkədən 57 komanda, 6 xarici ölkədən 20 müşahidə qrupu, Avropa, Asiya, Afrika və Latın Amerikası ölkələrinin nümayəndələri iştirak edəcəklər. Oyunların proqramına səhra, hava və dəniz növləri üzrə 14 müsabiqə daxil edilib.
 Beynəlxalq Ordu oyunları proqramının iki müsabiqəsi Hərbi Dəniz Donanması tərəfindən təşkil olunub. "Xəzər derbisi” adlandırılan bu yarışda hərbi-dəniz qüvvələrinin zirehli transportyorları iştirak edəcək. Bu yarışda Rusiya ilə yanaşı Qazaxıstan və Çin komandaları ən güclü olmaq üçün mübarizə aparacaqlar. Yarışlar Xəzər dənizi akvatoriyasında keçiriləcək. Bu yarışda hərbi gəmilərin ekipajlarının artilleriya atəşinin həyata keçirilməsi üzrə döyüş hazırlığı yoxlanılacaq. Müsabiqədə Rusiya, Azərbaycan və Qazaxıstan dənizçiləri iştirak edəcəklər. Hər iki müsabiqə Dağıstanın Kaspiysk şəhərində keçiriləcək.
Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az