Zaqatalada 60 yaşlı kişi intihar edib

Zaqatalada 60 yaşlı kişi intihar edib
Zaqatala rayonunda intihar hadisəsi baş verib. 
Hadisə avqustun 25-də günorta saatlarında rayonun Beretbinə kəndində qeydə alınıb. 

Kənd sakini, 1955-ci il təvəllüdlü Mahama Ramazan oğlu Kulxayevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından asılmış vəziyətdə qohumları tərəfindən aşkar edilib. Hadisə yerinə çağırılmış hüquq-mühafizə orqanları əməkdaşlarıı müayinə və araşdırma aparıblar. 60 yaşlı Mahama Kulxayevin intihar etməsinin səbəbi bəlli deyil. Onun iki övladının olduğu bildirilir.
  Faktla bağlı Zaqatala rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
APA


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az