İ. Abdullayev günün sonuna qədər müayinələrin nəticələrinin bəlli olacağını söyləyib.
Xatırladaq ki, Bakıda "Zəngəzur” şadlıq evində kütləvi zəhərlənmə baş verib. Avqustun 8-da Binəqədi rayonundakı "Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət ediblər. Müraciət edənlərlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər, onlara müvafiq tibbi yardım göstərilb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, hazırda 36 nəfərin müalicəsi davam edir, onlardan bir neçəsi saat 12:00 radələrində evə buraxılacaq. Hazırda xəstəxanada müalicə alanlardan 15-i uşaqdır.