Zülfüqar Rüfətoğlu: "Azərbaycanı Qarabağa həsrət qoyan Putindir"

Zülfüqar Rüfətoğlu:

"Öz məktəblərinə gün ağlaya bilməyən Rusiya Tacikistanda məktəblər tikir. Təbii ki, rus məktəbləri. Özünün ucqarlarında aclıq olan Rusiya həmin məktəblərə pulsuz yemək üçün milyonlarla dollar pul xərcləyir. Həmin məktəblərdə işləyən müəllimlərə (onların çoxu Rusiyadan göndərilir) 1000 dollar civarında maaş verir. Eyni zamanda yüzminlərlə tacik bir qarın çörək üçün Rusiyada nökərçilik edir. Putin onların qayğısına qalmır, amma Tacikistandakı taciklərin qayğısına guya qalır." 

Miq.Az xəbər verir ki, bu sözləri özünün şəxsi feysbuk səhifəsində tanınmış jurnalist Zülfüqar Rüfətoğlu yazıb:

Jurnalist qeyd edir ki, Putin Rusiya "imperiyasının” vaxtilə qapazladığı torpaqları saxlamağa çalışır:

"Bəs biz nə edə bilərik? Əziz Azərbaycan xalqı, uşaqlarınızı ciyərparələrinizi rus məktəblərinə verməyin. Rusiyanın nə ali təhsili təhsildir, nə də bazarı bazar. Putinin yeganə məqsədi imperiyanı bərpa etməkdir. O imperiyanı ki, orda Azərbaycanlıların hörməti heç vaxt qonşularımızın hörmətindən çox olmayıb. Azərbaycanı Qarabağa həsrət qoyan ilk növbədə Putindir, Rusiyadır. Azərbaycanın yenidən boyunduruq altına düşməsinə razı olmayın. Buna imkan verməyin. Deyə bilərsiniz ki, "biz nə edə bilərik?” Ordunuz yox, əsgəriniz yox. Amma bir tək silahınız var: Uşaqlarınızı rus məktəblərinə verməyin. Mən demirəm ki, uşaqlarınıza, nəvələrinizə rus dilini, ərəb, fars, italyan, ingilis, çort poberi moltanı dilini öyrətməyin. Amma uşağınıza ananızın dilində təhsil verin."

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az