13 yaşlı azərbaycanlı - Dünya çempionu oldu

13 yaşlı azərbaycanlı - Dünya çempionu oldu

Bakı şəhəri 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi dünya birincisi olub.

Miq.az Təhsil Nazirliyinin saytına istinadən məlumat verir ki, Türkiyənin İstanbul şəhərində 2002-2009-cu il təvəllüdlü idmançılar arasında karate üzrə Uşaqların I Dünya Çempionatında 2003-cü il təvəllüdlü Hüseyn Məmmədli öz çəki dərəcəsində 15 idmançı arasında bütün rəqiblərini məğlub edərək dünya birincisi adına layiq görülüb.

Yarışda Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İran, Suriya, Misir, Ukrayna, İraq və Əlcəzairdən olan idmançılar iştirak ediblər. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az