"17 il evli qaldım, alınmadı"

7 illik aktyor həyat yoldaşı Hakan Eratikdən boşanan müğənni Yeşim Salkım 20 ildir ki, psixoloq yanına getdiyini bildirib.
Vətəninfo.az-ın məlumatına görə, Axşam.az "Hürriyət”ə istinadən xəbər verir ki, 2 dəfə evli olan ifaçı ailə həyatının onun üçün mühüm əhəmiyyət daşıdığını deyib:
"20 ildir psixoloji müalicə alıram. İlk zərbəni qızım Gizemə hamilə olarkən almışam. Həyatım boyu geniş ailəmin olmasını istəmişəm. 17 il evli qaldım, alınmadı. Qismət deyilmiş. Həyatımdakı insanları asanlıqla silə bilmirəm. Mən özüm çətin adamam. Kişini bezdirənəm”.
Qeyd edək ki, Yeşim Salkımın Hakan Eratikdən Ada adlı bir qızı da var.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az