Vətəninfo.az xəbər verir ki, bu gün Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, qəza nəticəsində 2 Azərbaycan vətəndaşı ölüb, 1-i xəsarət alıb. Tiflis Fövqəladə Hallar Xidməti Departamentindən APA-ya verilən məlumata görə, hadisə azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Sarticala kəndi yaxınlığında qeydə alınıb. Gürcüstan vətəndaşı Eldar Bayramovun idarə etdiyi yük avtomobili (treyler) ilə Azərbaycan vətəndaşı Nikolay Əhmədovun idarə etdiyi AZE 10 CC 520 dövlət nömrə nişanlı BMW markalı avtomobil toqquşub. Nəticədə 35 yaşlı Nikolay Əhmədov və onun 2 yaşlı övladı ölüb, uşağın anası isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə yol-patrul və fövqəladə hallar xidmətlərinin əməkdaşları, eləcə də təcili yardım maşınları gəlib. Faktla ilə bağlı patrul xidməti və digər qurumlar tərəfindən təhqiqat aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR