Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə gənclər arasında dünya birinciliyində ¼ final mərhələsinə start verilib.
İlk olaraq bolsçularımızdan 49 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov rinqə çıxıb. Həmyerlimiz gərgin mübarizədə amerikalı Niko Hernandezi məğlub edib - 2:1. Beləliklə, boksçumuz yarımfinala vəsiqə qazanaraq dünya birinciliyinin medalını özünə təmin edib.
R.Hüseynovdan sonra daha 2 boksçumuz ¼ final mərhələsinin döyüşlərini keçirməli idi. Ancaq gənclər arasında Avropa çempionu Cavid Quliyev xəstələndiyindən İtaliya boksçusu Vinçenzo Areççia ilə döyüşə çıxa bilməyib.
91 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev isə xorvatiyalı Toni Filipiyə uduzaraq mükafatçılar sırasına düşə bilməyib - 1:2.
52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə (52 kq) gərgin mübarizədə Bolqarıstan boksçusu Daniel Asenov üzərində qələbə qazanıb. Milli komandamızın üzvü dünya birinciliyinin medalını təmin etməklə yanaşı, yeniyetmələrin II Olimpiya oyunlarına da lisenziya qazanıb.
Axşam proqramında daha 2 boksçumuz rinqə çıxacaq.
52 kq: Məsud Yusifzadə - Daniel Asenov (Bolqarıstan)
91+kq: Məhəmmədəli Tahirov - Marat Kerimxanov (Rusiya)
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR