Bakının Binəqədi rayonunda yeni inşa olunan tuneldə zəncirvari qəza baş verib.
APA-nın məlumatıan görə, hadisə Ziya Bünyadov Prospektində, "Xutor" qəsəbəsi yaxınlığında qeydə alınıb. Qəza zamanı Nurəddin Qocayevin idarə etdiyi "Howo" markalı yük maşını ilə "Mercedes" toqquşub. Zərbənin gücündən yük maşını "Chevrolet"ə daha sonra isə, "Daewoo"ya çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, maşınlara ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırma zamanı məlum olub ki, qəzaya yük maşınının tunelə sürətlə daxil olması səbəb olub.
Qəzadan sonra tuneldə tıxac yaranıb. Avtomobillər hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub. Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları araşdırma aparır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR