Vətəninfo.az xəbər verir ki, “Qarabağ” qəzetinin baş redaktor müavini yol qəzasında ölüb. Bu barədə APA-ya “Ədalət” qəzeti baş redaktorunun birinci müavini Əbülfət Mədətoğlu məlumat verib. Ə. Mədətoğlu deyib ki, iyulun 17-də S. Ağayev Bakının Xətai rayonu ərazisində yolu keçərkən onu maşın vurub. S. Ağayev hadisə yerində ölüb. Xətai Rayon Polis İdarəsindən APA-ya bildiriblər ki, hadisə Nobel prospekti 15 ünvanında, “Megafun” Əyləncə Mərkəzinin qarşısında qeydə alınıb. Sürücüsü məlum olmayan avtomobil yolu keçən Sarvan Ağayevi vurub. Jurnalist Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, S. Ağayev əvvəllər “Ədalət” qəzetində çalışıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR