Ankaranın Keçiören rayon bələdiyyəsinin təşkil etdiyi 6-cı Beynəlxalq Ramazan Şənlikləri çərçivəsində iyulun 3-də Azərbaycan Gecəsi təşkil olunmuşdur. Azərbaycan Gecəsi münasibətilə sözügedən bələdiyyənin təşkilatçılığı və Səfirliyimizin dəstəyi ilə 6-cı Beynəlxalq Ramazan Şənliklərinin keçirildiyi sahədə ölkəmizə xas olan tarixi, mədəni və incəsənət əsərlərinin nümayiş etdirildiyi Azərbaycan Evinin açılışı da olmuşdur.
Açılışı Keçiören rayon bələdiyyəsinin Sədri Mustafa Ak, Azərbaycan Respublikasının Türkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Bağırov, Sumqayıt şəhər bələdiyyəsinin sədri Əfülfəz Babayev və AKP millət vəkili Orxan Atalay həyata keçirmişlər.
Azərbaycan Evini ziyarətə gələn çoxsaylı qonaqlara "Heydər Əliyev" və "İlham Əliyev" kitabları ilə yanaşı "İrs-Miras" və "Diplo Atlas" jurnalları və ölkəmizlə bağlı digər materiallar hədiyyə edilmişdir.
Tədbirin açılış nitqini həyata keçirən Keçiören rayon bələdiyyəsinin Sədri Mustafa Akın, Sumqayıt şəhər bələdiyyəsinin sədri Əfülfəz Babayev, Səfir Faiq Bağırov və AKP millət vəkili Orxan Atalay öz ürək sözlərini çoxsaylı qonaqlarla bölüşmüşlər. Daha sonra natiqlər həyata keçirdikləri qısa nitqlərin ardından qarşılıqlı olaraq xatirə plaketləri təqdim etmişlər.
Tədbir, ölkəmizdən Azərbaycan Gecəsində iştirak etmək üçün gələn muğam qrupunun bir birindən gözəl əsərlər səsləndirməsi ilə başa çatmışdır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL