Balakən-Bakı sərnişin qatarı avtomobillə toqquşub.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə avqustun 2-si saat 20.30 radələrində Balakən-Yevlax dəmir yol xəttinin Qax rayonu ərazisindən keçən hissəsində baş verib.
Zaqatala rayon sakini, 37 yaşlı Siyavuş Mustafayev idarə etdiyi "Hyundai Accent” markalı, 62-BF-820 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən Balakən-Yevlax dəmir yol xəttinin Qax rayonu Tasmalı kəndi ərazisindən keçən hissəsində xəttin qorunmayan hissəsini gözləmədən keçib. Nəticədə Balakən-Bakı sərnişin qatarı avtomobili vurub. Qəza nəticəsində avtomobilin sürücüsü, onun həyat yoldaşı, 34 yaşlı Aygül Mustafayeva və onların 12 yaşlı övladı İlkin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Qax RMX-dan verilən məlumata görə, yaralıların xəsarətləri yüngül olduğundan onlara xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı Yevlax Xətt Polis Şöbəsində araşdırma aparılır.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL