Məlum olduğu kimi, hər noyabr ayının son cümə günü dünyada "Black Friday” adı ilə mağazalarda endirimli satışlar təşkil olunur. Bu ənənə Azərbaycana da var. Alış-verişi sevənlər bu günləri xüsusilə gözləyirlər.
Open.az-ın müxbiri paytaxtda yerləşən ən iri ticarət mərkəzlərindən biri "28 Mall”dakı endirimlərlə maraqlanıb.
Demək olar ki, bütün mağazaların vitrinlərində endirimlərin olduğunu "bağıran” yazılar adama gəl-gəl deyir.
İlk girdiyim mağaza "LC Waikiki”də 3 al 2 ödə kampaniyasıdır. Bu bütün mallara şamil edilib. Belə ki, aldığınız 3 məhsuldan ən aşağı qiymətə olanının pulunu ödəmirsiniz. Məsələn, iki ədəd 100 manat və bir ədəd 20 manat dəyərində məhsullar almısınızsa, ödənişdə 20 manatlıq məhsul sizə hədiyyə edilir. Müştərilərin bəziləri əvvəlki qiymətlərlə heç bir fərqin olmadığından gileylənir, bəziləri isə seçdikləri məhsulun pulunu ödəyib razı şəkildə mağazanı tərk edirlər.
Növbəti baş çəkdiyimiz brend mağazalar hər zaman qiymətləri ilə "əl yandıran” "Mango” və "Zara”dır. "Mango”da 30 faiz, "Zara”da isə 40 faiz endirimlər var. Lakin istədiyiniz malı bu endirimlə ala bilməyəcəksiniz. Çünki endirim əvvəlcədən mağaza rəhbərliyi tərəfindən müəyyən edilən məhsullara şamil olunub.
"Pull&Bear” mağazasında da bəzi məhsullar 40 faiz endirimlə müştərilərə təqdim edilir. Mağazada diqqətimi çəkən və bu "endirimlərin” həqiqətini ortaya çıxaran mənzərə ilə qarşılaşdım. Belə ki, bir pencəyin qiymətinin 99 manata təklif edildiyini, lakin kağızın altında əvvəlki qiymətinin 39 manata olduğunu gördüm.
"Next”, "Stradivarius”, "Massimo Dutty”, "Terenov” "Bershka” kimi brend mağazalarda da eyniylə 20-40 faiz arası endirimlər təşkil edilib.
Bu endirimlərin fonunda bəzi mağazalarda səliqəsizlik gözə çarpırdı. Nə müştərilər səliqə ilə baxır, nə də satıcılar dağılanları səliqəyə salırdı. Nəticə etibarı ilə mağazaların məqsədi bir-biri ilə "yarışa” girib müştəri ovlamaq idi.







HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ