Bu ilin 11 ayında Bakıda yol hərəkəti qaydalarını pozan sürücülər və piyadalar barəsində 708 min inzibati protokol tərtib edilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, bu il yanvarın 1-dən dekabrın 6-na qədər paytaxt ərazisində 850 yol qəzası baş verib. Nəticədə 290 nəfər ölüb, 861 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrin sayı 84, ölüm sayı 25, yaralı sayı isə 76 fakt azalıb.
V. Əsədov, hesabat dövründə paytaxt ərazisində 708.085 inzibati protokol tərtib edildiyini bildirib. Tərtib edilən protokolların 9450-si sərxoş sürücü, 3719 polisin saxla əmrinə tabe olmama, 10740 -ı işıqforun qırmızı işığında keçmə, 3854-ü pərdə və plyonkadan istifadə etmə, 132754-ü piyada keçidindən istifadə etməyən şəxslərin payına düşür.
Şöbə rəisi, həmçinin baş verən qəzaların 51%-nin piyadaların vurulması ilə nəticələndiyini bildirib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR