Xalq artistindən acı etiraf
Xalq artisti Brilliant Dadaşova qonaq olduğu proqramda şəxsi həyatı ilə bağlı bir sıra maraqlı açıqlamalar verib.
Vətəninfo.az Az ANS PRESS-ə istinadən xəbər verir ki, Brilliant Dadaşova ANS TV-nin efirində yayımlanan “Əslində Mən” proqramının qonağı olub.
Yerli sənət nümayəndələrimizin eksklüziv açıqlamalarının yer aldığı proqramda xalq artisti Brilliant Dadaşova ailə həyatından danışarkən çəkdiyi əziyyətləri, bir neçə dəfə övlad itirdiyini dilə gətirib.
“Elə bilirdilər mənim həyatımda hər şey çox gözəldir. Mən 4 övladımı itirdim. Hətta onlardan birini 5-6 ayına gəlib çatanda itirmişəm. O vaxtlar cəbhə bölgələrinə gedirdik, hansısa önəmli qonaq gələndə zəng edirdilər ki, mütləq sən olmalısan. Mən də məcbur gizlədərək həmin tədbirə gedib iştirak edirdim. Avtobuslarda rayonlara əsgərlərin qarşısında çıxışa gedirdik və sonra da gəlib birbaşa xəstəxanaya getməli olurdum. Beləcə, 4 övladımı itirdim. Əgər 4 oğlan övladım olsaydı, indi beş oğlum var idi”, - deyə B.Dadaşova səmimi və kövrək açıqlamalar səsləndirib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR