Dünyanın ən məşhur mumiyalarından biri olan “Buz adam Ötzi” üzərində aparılan ən son analizlər yeni həqiqətləri üzə çıxarıb
Vətəninfo.az xəbər verir ki, İtaliyanın “Alplerin”də 1991-ci ildə tapıldıqdan bu günə kimi müxtəlif araşdırmaların aparıldığı “Buz adam Ötzi”nin bədənində döymələr tapılıb.

İtaliyada yerləşən Avropa Araşdırma Akademiyasında aparılan araşdırmalara rəhbərlik edən Albert Zink “Ötzi”də daha əvvəl də döymələrin aşkarlandığını bildirib və yeni döymələrin onu təəccübləndiyini gizlətməyib.

Məlumata görə, "Ötzi"nin bədənindəki döymələri ilk olaraq onu kəşf edən dağcılar görüblər. Uzun illər alimlər arasında "Ötzi"nin neçə dənə döyməsi olduğu ilə bağlı müzakirələr gedib. Arxada qalan 4 il içərisində aşkarlanan “buz adam” meyiti üzərində müxtəlif tədqiqtlar aparılıb.

Zink bildirib ki, "Ötzi"nin gözə görünməyən döymələrinin aşkarlanması ilə bağlı sənət əsərlərində gizli saxlanılan detalları görmək üçün kameralardan istifadə edilir. O bildirilib ki, bu kamera ilə "Ötzi"nin vücudundakı qara rəngli xətləri ortaya çıxara biliblər.

“Ournal of Cultural Heritage” dərgisində (Jurnalında) dərc olunan araşdırmada döymələrin həqiqət olduğu və kömür ilə qarışdırılaraq bitkilərin rəngini aldığı və dəriyə işləndiyi vurğulanır. Alimlər "Ötzi"nin hansı məqsədlə bu döymələri üzərində daşıdığını, simvolik və yaxud da dini mənaları olub-olmadığını araşdırırlar.
Vətəninfo.az


Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR