Fevralın 18-i axşam çağı Moskvada iki "qanuni oğru" cəmiyyətinin üzvləri saxlanılıb.
Bu haqda Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib. Hər iki koloniyanın üzvlərini ələ keçirtmək üçün əməliyyatlar eyni vaxtda keçirilib. "Qanuni oğru" dünyasının 90 kriminal avtoriteti tutulub.
Paytaxtın şərqində kafelərdən birində 50 azərbaycanlı saxlanılıb. Məlumata görə, həmyerlilərimiz aralarındakı bir nəfərin "qanuni oğru" adı almasını qeyd edirdilər. Polis tərəfindən onların üzərindən bir neçə odlu silah götürülüb.
Moskvanın şimal-qərbində isə Cənubi Qafqaz və Rusiya bölgəsindən olan 40 avtoritet həbs edib. Bu yığıncaqların səbəbi isə hələ aydınlaşdırılmayıb. Şübhəli şəxslərdən çoxlu sayda soyuq və odlu silah ələ keçirilib.
Saxlanılan şəxslər polis şöbəsinə aparılaraq orada onların hansısa cinayətlərdə iştirak edib-etmədiyi araşdırılacaq. Saxlanılan şəxslərin adı çəkilməyib.
azvision.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR