Vasif Talıbov açılış etdi
Vətəninfo.az xəbər verir ki, bu gün Naxçıvan MR-sı Ali Məclisinin
sədri Vasif Talıbov MR-nın Kəngərli rayonunda bir sıra yeni inşa edilən
sahələrin açılışın həyata keçirib.
Məlumatda qeyd edilir ki, Kəngərli rayonunun mərkəzi Qıvraq qəsəbəsinə
gələn Vasif Talıbov qəsəbədə dini mərasimlərin keçirilməsi üçün,müasir
standarlara çavab verən yeni iki geniş salondan və bir sıra yrdımçı
otaqlardan ibarət xeyir-şər evinin açılışın edib.Eyni zamanda Ali Məclis
sədri qəsəbədə inşa edilən yeni ticarət mərkəzinin də açılışın həyata
keçirib. Açılış mərasimində rayonun millət əvkili Azərbaycan Həmkarlar
Konfederasiyasının sədri Səttar Mehbalıyev və rayon icra hakimiyyəti
rəhbərliyi,rayonun ziyalıları,ağsaqqalları da iştirak ediblər.
Vətəninfo.az